Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir K.Zərbalıyeva/
Xəzərdə itkin düşən balıqçı qayığı tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də itkin düşən balıqçıların qayığı görülmüş tədbirlər nəticəsində Pirallahı adasından təqribən 30 km şimala doğru dənizdə çevrilmiş vəziyyətdə tapılıb.
Qeyd edək ki, fevralın 21-də saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib.
Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidə aparıb.
Balıqçıların tapılması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.