Azərbaycan, Bakı, 16 mart /Trend/
Bakıda iki qumarxana aşkar edilib.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki internet klublarından birində, Bakı şəhər sakini Müzəffər Cəfərovun "On-line" sistemləri ilə qumarxana təşkil etməsi müəyyən edilib.
Orada 9 ədəd kompyuter, 34 ədəd kazino oyun maşınlarının idaretmə qurğuları, qiymət cədvəlləri, 100 dollar və 12 manat uduş pulu aşkar olunub.
Bakı BPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Haqverdiyevin kompyüter avadanlıqları quraşdırmaqla pulla proqramlaşdırılmış kazino-qumar oyunları təşkil etməsi müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.