Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir K.Zərbalıyeva/
Ağsu rayonunda ağır yol qəzası olub, iki nəfər ölüb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dünən saat 18:00 radələrində Ağsunun Bico kəndi ərazisində 63 yaşlı Şərafəddin Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil aşıb. Nəticədə sürücü və həyat yoldaşı - 1950-ci il təvəlüdlü Tubinisə Hüseynova hadisə yerində keçiniblər.
Faktla bağlı araşdırma aparılır.
Ağsuda avtomobil aşıb, ər-arvad ölüb
Ağsu rayonunda ağır yol qəzası olub, iki nəfər ölüb.
