Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün günorta saatlarında Bakıda zəncirvari yol qəzası olub.
Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi məlumata görə, Biləcəri qəsəbəsindən Sumqayıta hərəkət edən 01-AC-482 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobili idarəetməni itirərək 90-HD-433 dövlət nömrə nişanlı Mercedes-lə toqquşub. Sonradan Kamaz marşrut avtobusu ilə toqquşub, bundan sonra da yolun kənarında dayanmış 10-GP-218 dövlət nömrə nişanlı Renault markalı taksini vurub.
İlkin məlumata görə KamAZ-ın sürücüsü ağır xəsarətlə xəstəxanaya aparılıb. Taksi avtomobili tamamilə yararsız vəziyyətə düşüb. Şahidlərin məlumatına görə, taksinin sürücüsü həmin vaxt avtomobildə olub, amma özü maşından vaxtında çıxa bilib
Bakıda zəncirvari yol qəzası olub (FOTO)
Bu gün günorta saatlarında Bakıda zəncirvari yol qəzası olub.
