Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir K.Zərbalıyeva/
Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas olunub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkda bir nəfər intihar məqsədilə özünü dənizə atıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər. Görülmuş tədbirlər nəticəsində vətəndaş xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas olunub
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkda bir nəfər intihar məqsədilə özünü dənizə atıb.
