...

Ermənistan Maliyyə Nazirliyinin əməkdaşı intihar edib

Hadisə Materials 19 Aprel 2012 15:21 (UTC +04:00)
Dünən Yerevanda iki intihar hadisəsi qeydə alınıb. Birinci halda gənc qız, ikinci halda isə 33 yaşli kişi özünü körpüdən ataraq intihar edib.
Ermənistan Maliyyə Nazirliyinin əməkdaşı intihar edib

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Dünən Yerevanda iki intihar hadisəsi qeydə alınıb. Birinci halda gənc qız, ikinci halda isə 33 yaşli kişi özünü körpüdən ataraq intihar edib.

Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, intihar edən kişi Maliyyə Nazirliyinin əməkdaşı olub. Arman M. adlı həmin şəxs Maliyyə Nəzarəti Müfəttişliyinin baş müfəttişi olub. Nazirliyin mətbuat xidmətindən Panorama.am agentliyinə bildirilib ki, o "çox vicdanlı işçi olub və işində heç bir problem olmayıb". Arman M. evli olub, iki övladı var.

Mətbuatda yazılan məlumata görə, Arman intihar edənə qədər qardaşı Artaka SMS yazaraq həyatı ilə vidalaşmağa getdiyini bildirib. Armanın qardaşı bu barədə Erebuninin polis şöbəsinə məlumat verib. Lakin qohumları və polis Armanı axtardıqları vaxt o artıq körpüdən tullanaraq intihar edib.

Polisdə insidentlə bağlı materiallar hazırlanır.

Xəbər lenti

Xəbər lenti