...

Bakıda balıqçı bıçaqlanıb

Hadisə Materials 24 Aprel 2012 09:57 (UTC +04:00)
Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsindəki çimərlikdə balıq ovu ilə məşğul olan 1962-ci il təvəllüdlü İntiqam Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Bakıda balıqçı bıçaqlanıb

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda balıqçı bıçaqlanıb.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon ərazisində, Hövsan qəsəbəsindəki çimərlikdə balıq ovu ilə məşğul olan 1962-ci il təvəllüdlü İntiqam Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ağır bədən xəsarəti ilə 3 saylı klinik xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilməsi və tutulması üçün əməliyyat-istintaq tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti