Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/
Ötən gün Azərbaycanda 14 yol qəzası baş verib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yol qəzaları nəticəsində ölüm hadisəsi qeydə alınmayıb, 20 nəfər xəsarət alıb.
Bakının Nəsimi rayonunda Ü.Hacıbəyov küçəsində "Mercedes" markalı avtomobillə "VAZ 2112" markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər ağır xəsarət alıb.