...

Bakıda pul və qiymətli daşlar oğurlayan qadın yaxalanıb

Hadisə Materials 26 Aprel 2012 11:57 (UTC +04:00)
Pul və qiymətli daşlar oğurlayan qadın yaxalanıb.
Bakıda pul və qiymətli daşlar oğurlayan qadın yaxalanıb

Azərbaycan, Bakı, 26 aprel /Trend , müxbir E.Mehdiyev/

Bakıda pul və qiymətli daşlar oğurlayan qadın yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən cümə axşamı Trend-ə verilən məlimata görə, Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Aysel Məmmədova aprelin 25-də tutulub.

Müəyyən edilib ki, Məmmədova martın 26-da Təbriz küçəsində yerləşən "Metropark" ticarət mərkəzində Cəmilə Ağamalıyevanın çantasından 2030 manat, aprelin 2-də Ağa Nemətulla küçəsində yerləşən mağazada Leyla Nurəddinovanın əl çantasından içərisində 240 manat və sənədlər olan pul kisəsini, aprelin 5-də isə Təbriz küçəsində yerləşən ticarət mərkəzində Ülviyyə Kərimovanın əl çantasından 900 manat, 3 ədəd brilliant daş, şəxsi sənədlər və bankomat kartı oğurlayıb.

Xəbər lenti

Xəbər lenti