Azərbaycan, Bakı, 28 aprel/Trend/
Ermənistan ordusunun əsgəri Qevorq Ayrapetyan sevdiyi qıza görə ölkənin Armavir şəhərindəki "Karmir" adlı körpüdən özünü atıb. İntihara cəhd edən gənc Ermənistanın Mərkəzi Klinik Hərbi Xəstəxanasına yerləşdirilib və hazırda həkimlərin nəzarəti altındadır. Trend-in məlumatına görə, bu barədə cümə günü Tert.am-a Ermənistan Müdafiə Nazirliyinin İstintaq xidmətinin mətbuat katibi Meri Sarkisyan məlumat verib.
Məlumata əsasən, intihara cəhd edən 17 yaşlı gənc Sisyan şəhərinin sakinidir. Armavir sakinləri bildiriblər ki, əsgər üçgünlük məzuniyyətdə olub və şəhərə sevdiyi qıza evlənmək təklifi etmək üçün gəlib. Qız evlənmək təklifini rədd etdikdən sonra Qevorq ona deyib ki, intihar edəcək.
Bundan sonra əsgər "Karmir" körpüsünə gedərək özünü atıb. Bununla belə, o sağ qalıb, yalnız ayağını sındırıb.
Erməni əsgər sevdiyi qıza görə özünü körpüdən atıb
Ermənistan ordusunun əsgəri Qevorq Ayrapetyan sevdiyi qıza görə ölkənin Armavir şəhərindəki "Karmir" adlı körpüdən özünü tapıb. İntihara cəhd edən gənc Ermənistanın Mərkəzi Klinik Hərbi Xəstəxanasına yerləşdirilib və hazırda həkimlərin nəzarəti altındadır
