Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/
Lənkəranda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazurliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cənub Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda Bakı-Astara yolunun 203-cü kilometrliyində "BMW" və "Niva" markalı 2 minik avtomobili toqquşub.
Nəticədə, hər iki avtomobilin sürücüsü və "Niva" markalı avtomobildə olan 3 nəfər sərnişin xəsarət alıb.
Xilasedicilərin və vətəndaşların köməkliyi ilə yaralılar xəstəxanaya aparılıb.
Lənkəranda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Trend-in Fövqəladə Hallar Nazurliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cənub Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda Bakı-Astara yolunun 203-cü kilometrliyində “BMW” və “Niva” markalı 2 minik avtomobili toqquşub.
