Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir T.Cəfərov/
İranın Susəngerd şəhərində mina partlaması nəticəsində dörd nəfər həlak olub. Bu barədə Trend İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, həlak olmuş şəxslər mina təmizləməsi sahəsində çalışan özəl şirkətin əməkdaşları olub.
Susəngerd şəhəri Əhvaz şəhərindən 65 kilometr qərbdə yerləşir. 1980-cı ildə İran-İraq müharibəsi zamanı İraq ordusu bu şəhərə hücum edib, üç gün həmin şəhəri mühasirədə saxlayıb. Daha sonra İran ordusu əks hücuma keçərək həmin şəhəri azad edib.
Qeyd edək ki, İran-İraq müharibəsi İran və İraq arasında strateji cəhətdən vacib olan İran körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980-1988-ci illəri əhatə edən müharibədir. Müharibə 1988-ci il avqust ayında bağlanmış atəşkəslə başa çatıb və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarıb.
İranda mina partlayıb, ölənlər var
İranın Susəngerd şəhərində mina partlaması nəticəsində dörd nəfər həlak olub.
