Azərbaycan, Bakı, 7 may / Trend, müxbir K.Zərbalıyeva/
Şabranda 3 uşaq atası özünü öldürüb.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 5-də Şabran rayonu Ərəblər kənd sakini, 1974-cü il təvəllüdlü Elçin Nəcəfov yaşadığı evin həyətində odlu silahla özünü vuraraq intihar edib.
İlkin məlumata görə, o hərbi xidmətdə olarkən başından xəsarət alıb və uzun müddət idi ki, baş ağrılarından əziyyət çəkirdi.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.