...

Yevlaxda 20 yaşlı gənc qətlə yetirilib

Hadisə Materials 16 May 2012 09:57 (UTC +04:00)
Yevlaxda 20 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib.
Yevlaxda 20 yaşlı gənc qətlə yetirilib

Azərbaycan, Bakı, 16 may / Trend müxbir K.Zərbalıyeva/

Yevlaxda 20 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib.

Şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 15-də Yevlax şəhəri, Mirzə Şəfi Vazeh küçəsi 9-da yaşayan 31 yaşlı Taleh Əliyev münaqişə zəminində 20 yaşlı Məhəmməd Məhəmmədlini bıçaqla qətlə yetirib.

Məlumata görə, qətlə onlar arasında qısqanclığa görə yaranmış mübahisə səbəb olub.

Faktla bağlı Yevlax şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti