Azərbaycan, Bakı, 16 iyun /Trend/
Bakıda bir nəfər bıçaqla qətlə yetirilib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 15-də Xanlar küçəsində yaşayan Eldar Məmmədov mübahisə zəminində Y.Mürsəlov küçəsində yaşayan Şəhriyar Məmmədovu bıçaqla qətlə yetirdiyinə görə Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən tutulub.