...

Bakının Neft daşları ərazisində yanğın baş verib

Hadisə Materials 25 İyun 2012 12:23 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda Neft daşlarının ərazisində neft-qaz vakuum kompressor qurğusunda yanğın hadisəsi baş verib. Nəticədə, kompressor qurğusu yanaraq deformasiyaya uğramış və qurğuda işləyən bir nəfər xəsarət alıb
Bakının Neft daşları ərazisində yanğın baş verib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakının Neft daşları ərazisində yanğın baş verib, xəsarət alan var.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda Neft daşlarının ərazisində neft-qaz vakuum kompressor qurğusunda yanğın hadisəsi baş verib. Nəticədə, kompressor qurğusu yanaraq deformasiyaya uğramış və qurğuda işləyən bir nəfər xəsarət alıb.

Digər 3 ədəd qurğu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

İlkin ehtimal görə, yanğına qurğuda texnoloji prosesin pozulması səbəb olub. Yanğın bu gecə saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ARDNŞ-dan isə Trend-ə bildiriblər ki, neft-qaz vakuum kompressor qurğusunun bu gün səhər saat 11:00-da fəaliyyəti bərpa edilib.

Xəbər lenti

Xəbər lenti