Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/
Qəbələdə bir nəfər traktoru təmir edərkən ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 24-də Qəbələ rayonunun Əmirvan kəndinin otlaq sahəsində kənd sakini Rövşən Eyvazov özünə məxsus "T-82" markalı traktoru təmir edərkən otbiçənin bıçaqları üzərinə düşməsi nəticəsində ölüb.