...

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub, 1 nəfərin cəsədinin axtarışları davam etdirilir

Hadisə Materials 27 İyun 2012 21:02 (UTC +04:00)
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub, 1 nəfərin isə cəsədinin axtarışları davam etdirilir.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub, 1 nəfərin cəsədinin axtarışları davam etdirilir

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub, 1 nəfərin isə cəsədinin axtarışları davam etdirilir.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1989-cü il təvəllüdlü 1 nəfər Xəzər rayonu ərazisində dənizdə ("Zaqulba-3" sularda xilasetmə məntəqəsinin ərazisində), 1997-ci il təvəllüdlü 1 nəfər Xəzər rayonu ərazisində dənizdə ("Zaqulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) və 1985-ci il təvəllüdlü 1 nəfər Abşeron rayonu ərazisində dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat növbətçisinə daxil olmuş məlumata əsasən, Şabran rayonu ərazisində dənizdə ("Böyük Həmiyyə" sularda xilasetmə postundan 500-600 m aralıda, nəzarətsiz ərazidə) 1990-cı il təvəllüdlü Məmmədov Araz Ağaməhəmməd oğlu çimərkən batıb.

Hadisə yerinə nazirliyin sularda xilasetmə xidmətinin "Böyük Həmiyyə" SXP-un dalğıc-xilasediciləri cəlb olunub. Hazırda həmin şəxsin cəsədinin axtarışları üzrə əməliyyat davam etdirilir.

İyunun 24-də Şirvan kanalının Yevlax rayonu Ərəbbəsən kəndi ərazisindən keçən hissəsində çimərkən batmış 1998-ci il təvəllüdlü Quliyev Elmin Aydın oğlunun cəsədi batdığı yerdən 1 km aralıda Fövqəladə Hallar Nazirliyinin Aran DAQ-ın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti