Azərbaycan, Bakı, 9 iyul /Trend/
Bakıda mağazalardan oğurluq etmiş şəxslər tutulublar.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyulun 7-də əvvəllər məhkum olunmuş Mehman Muxtarov H.Hüseynov küçəsində yerlşən, Niyaməddin Səfərova məxsus mağazadan açıq qapıdan keçmə yolu ilə tərəzi və tərəvəz məhsulları oğurlayıb.
Muxtarov Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub, üzərinə baxış keçirilərkən 0,767 qram narkotik vasitə olan heroin aşkar edilib.
Daha bir oğurluq hadisəsi Pirşağıda qeydə alınıb. İyulun 6-na keçən gecə Pirşağı qəsəbəsində yaşayan Fiqan Zeynalova məxsus həmin ünvanda yerləşən mağazadan pəncərədən keçmə yolu ilə ərzaq məhsulları oğurlanıb. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Canpolad Hacıyev iyulun 8-də tutulub.