...

Polisləri bıçaqlayan şəxsin evindən və üzərindən narkotik vasitələr aşkarlanıb

Hadisə Materials 12 İyul 2012 15:05 (UTC +04:00)
Bakıda polis əməkdaşlarına bıçaqla xəsarət yetirən şəxsin evindən və üzərindən narkotik vasitələr aşkar edilib.
Polisləri bıçaqlayan şəxsin evindən və üzərindən narkotik vasitələr aşkarlanıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda polis əməkdaşlarına bıçaqla xəsarət yetirən şəxsin evindən və üzərindən narkotik vasitələr aşkar edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Çevik Polis Alayı və Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşlarına xəsarət yetirdiyinə görə tutulmuş Hafiz Abbasovun üzərinə baxış zamanı 52,305 qram, evinə baxış zamanı isə 520 qram tiryək, onunla eyni ünvanda yaşayan qardaşı Tərlandan isə 0,507 qram heroin götürülüb.

Qeyd edək ki, Abbasov iyulun 10-da Çevik Polis Alayı və Yasamal rayon Polis İdarəsini 29-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində əməliyyat müvəkkili, polis leytenantı Emin Məmmədova və polis serjantı Yusif Rzayevə bıçaqla xəsarət yetirib.

Xəbər lenti

Xəbər lenti