...

ABŞ-ın 26 ştatı fəlakət zonası elan edildi

Hadisə Materials 13 İyul 2012 10:54 (UTC +04:00)
ABŞ-ın 26 ştatı quraqlıq səbəbindən fəlakət zonası elan edilib.
ABŞ-ın 26 ştatı fəlakət zonası elan edildi

Azərbaycan, Bakı, 13 iyul /Trend/

ABŞ-ın 26 ştatı quraqlıq səbəbindən fəlakət zonası elan edilib.

Trend-in məlumatına görə, ABŞ-ın kənd təsərrüfatı naziri bəyan edib ki, ölkənin müxtəlif yerlərində fermer təsərrüfatlarına ciddi ziyan dəyib.

Ekspertlərin məlumatına görə, hazırda ABŞ ərazisinin 56 faizindən çoxunda isti və quru hava şəraiti hökm sürür. Bu fəlakət əhatə dairəsinə görə ölkə tarixində ən böyüyüdür.

Quraqlıqla yanaşı, bu il ştatları güclü meşə yanğınları öz cənginə alıb. Оnlardan biri Kolorado ştatında baş verib. Yanğının söndürülməsinə bir həftədən çox vaxt tələb olunub.

Xəbər lenti

Xəbər lenti