...

Bakıda marşrut avtobusunda oğurluq etmiş şəxs saxlanılıb

Hadisə Materials 18 İyul 2012 10:47 (UTC +04:00)
Onun üzərinə baxış keçirilərkən 0,855 qram həşiş aşkarlanıb.
Bakıda marşrut avtobusunda oğurluq etmiş şəxs saxlanılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Bakıda marşrut avtobusunda oğurluq etmiş şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyulun 17-də 62 saylı xətt avtobusunda Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Şavan Bəşirov Maarif Fətəliyevin cibindən pul oğurladığı üçün Nizami RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 23-cü Polis Bölməsinə təhvil verilib.

Onun üzərinə baxış keçirilərkən 0,855 qram həşiş aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti