...

Bakı-Quba yolunda minik avtomobili ağaca çırpılıb: 2 ölü, 2 yaralı

Hadisə Materials 3 Avqust 2012 20:23 (UTC +04:00)
Şabran rayonunda Bakı-Quba yolunun 130-cu kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Bakı-Quba yolunda minik avtomobili ağaca çırpılıb: 2 ölü, 2 yaralı

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Şabran rayonunda Bakı-Quba yolunun 130-cu kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü - 1948-ci il təvəllüdlü Habil Mustafa oğlu Ağakişiyev və 1 nəfər sərnişin - 1976-cı il təvəllüdlü Asəf Habil oğlu Ağakişiyev hadisə yerində ölüb, 2 nəfər sərnişin xəsarət alıb.

A.Ağakişiyevin cəsədi və yaralılar yanğınsöndürən-xilasedicilər çatana qədər götürülüb və aidiyyəti üzrə aparılıb. H.Ağakişiyevin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti