...

Bakıda yük qatarı ilə yük avtomobili toqquşub

Hadisə Materials 12 Sentyabr 2012 16:05 (UTC +04:00)
Bu gün Bakıda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, Binə qəsəbəsi ərazisində yanacaq daşıyan yük qatarı "Kamaz" markalı yük maşını ilə toqquşub
Bakıda yük qatarı ilə yük avtomobili toqquşub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakıda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, Binə qəsəbəsi ərazisində yanacaq daşıyan yük qatarı "Kamaz" markalı yük maşını ilə toqquşub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, hadisə dəmiryolunun qorunmayan keçidində baş verib. Dübəndi stansiyasına gedən yanacaq məhsulu daşıyan qatar yük maşınını vurub.

Qəza nəticəsində ölən və yaralanan olmayıb. Ərazidə yol açıqdır.

Xəbər lenti

Xəbər lenti