...

Gürcüstanda 25 nəfər pendirdən zəhərlənib

Hadisə Materials 17 Sentyabr 2012 10:12 (UTC +04:00)
Gürcüstanda 25 nəfər zəhərlənib. Onların pendirdən zəhərləndikləri ehtimal edilir.
Gürcüstanda 25 nəfər pendirdən zəhərlənib

Gürcüstan, Tbilisi, 17 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda 25 nəfər zəhərlənib. Onların pendirdən zəhərləndikləri ehtimal edilir.

Trend-in məlumatına görə, Qurcaani xəstəxanasından (Kaxeti regionu, Şərqi Gürcüstan) jurnalistlərə verilən məlumata görə, xəstəxanaya Velistixe kəndindən 25 nəfər gətirilib.

Həkimlər zəhərlənənlərin xilas edilmələri üçün təcili tədbirlər görüblər. Hazırda onların vəziyyəti sabitdir. Lakin zəhərlənənlərdən beş nəfəri hələ də xəstəxanadadır.

Zərəçəkənlər özləri Qurcaani bazarında olduqlarını və oradan pendir aldıqlarını bildiriblər. Məhz həmin pendir kəskin zəhərlənməyə səbəb olub.

Faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti