...

Azərbaycanda dörd yaşlı uşaq avtomobil qəzasının qurbanı olub

Hadisə Materials 17 Sentyabr 2012 12:55 (UTC +04:00)
Azərbaycanda dörd yaşlı uşaq avtomobil qəzasının qurbanı olub.
Azərbaycanda dörd yaşlı uşaq avtomobil qəzasının qurbanı olub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda dörd yaşlı uşaq avtomobil qəzasının qurbanı olub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 17-də saat 00.10 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində, Naftalan şəhər sakini Elnur Qəhrəmanov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı hasara vurub.

Nəticədə sərnişinlərindən - oğlu 4 yaşlı Valeh hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri arvadı Gülmirə, oğlanları Akşin və Şaiq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti