...

Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib (FOTO)

Hadisə Materials 1 Oktyabr 2012 10:21 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakıda, Gürcüstan səfirliyinin yaxınlığında, Teymur Əliyev küçəsi, 96 ünvanında 55-60 yaşlı kişi "Mitsubishi" markalı minik avtomobili ilə vurulub.
Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Bakıda, Gürcüstan səfirliyinin yaxınlığında, Teymur Əliyev küçəsi, 96 ünvanında 55-60 yaşlı kişi "Mitsubishi" markalı minik avtomobili ilə vurulub.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən 90 GH 434 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik avtomobili yolu keçən piyadanı vurub, sonra idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Piyada ağır bədən xəsarəti alıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb. Mərkəzdən Trend-ə bildirilib ki, xəsarət alan piyadanın şəxsiyyəti hələlik müəyyən olunmayıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti