...

Bakıda mənzildən 20 min manatlıq oğurluq edilib

Hadisə Materials 5 Oktyabr 2012 09:37 (UTC +04:00)
Şikayət əsasında bölmədə araşdırma başlayıb.
Bakıda mənzildən 20 min manatlıq oğurluq edilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzildən 20 min manatlıq oğurluq edilib.

Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, rayon sakini Nərminə Qarayeva şikayət ərizəsi ilə 28-ci polis bölməsinə müraciət edərək oktyabrın 3-də M.Seyidov küçəsi, ev 33, mənzil 28 ünvanındakı evindən naməlum şəxslər tərəfindən 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Şikayət əsasında bölmədə araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti