...

İranın Kirman əyalətində zəlzələ baş verib

Hadisə Materials 29 Oktyabr 2012 16:14 (UTC +04:00)
Bu gün İranın Kirman əyalətinin Riqan şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ olub.
İranın Kirman əyalətində zəlzələ baş verib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Kirman əyalətinin Riqan şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ olub.

Trend "Mehr" agentliyinə istinadən məlumat verir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:21-də qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, İran dünyada seysmik cəhətdən ən təhlükəli ölkələr sırasındadır. Alimlərin verdiyi məlumata görə, zəif zəlzələlər ölkədə, demək olar ki, hər gün baş verir. Bu il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500-ə yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti