...

İranda bu gün baş verən zəlzələdə 30 nəfər yaralanıb

Hadisə Materials 7 Noyabr 2012 12:20 (UTC +04:00)
Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan şəhərində baş vermiş zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb.
İranda bu gün baş verən zəlzələdə 30 nəfər yaralanıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan şəhərində baş vermiş zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər yayıb.

Məlumata əsasən, yaralılar Vərzaqan şəhər xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti məktəblilərdir.

Zəlzələ bu gün səhər Vərzaqan şəhərində yerli vaxtla saat 09:55-də qeydə alınıb. Yeraltı təkanlar Ərdəbildə 5 bal gücündə hiss olunub.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti