...

İranın Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ baş verib

Hadisə Materials 8 Noyabr 2012 16:55 (UTC +04:00)
Bu gün İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan şəhərində yenidən zəlzələ baş verib.
İranın Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan şəhərində yenidən zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər yayıb.

Zəlzələ Rixter cədvəli üzrə 4,2 bal gücündə və yerli vaxtla saat 13:15-də qeydə alınıb.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, noyabrın 7-də də Vərzaqan şəhərində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 50 nəfər xəsarət almışdı. Onların əksəriyyəti məktəblilər idi. Yeraltı təkanlar Ərdəbildə 5 bal gücündə hiss olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti