Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Şri-Lankanın paytaxtı Kolombo şəhərindəki həbsxanada baş vermiş qiyam nəticəsində 27 nəfər ölüb. Bu barədə Trend şənbə günü Rusiya KİV-ə istinadən məlumat verir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, asayiş keşikçiləri həbsxanada axtarış apararkən məhbuslar polis komandosuna atəş açıb. Atışma nəticəsində 43 nəfər, o cümlədən 23 məhbus və 13 polis yaralanıb.
Həbsxana rəhbərliyi bəyan edir ki, vəziyyət nəzarət altındadır.
Hakimiyyət isə öz növbəsində məlumat verir ki, qaçmış məhbusların axtarışı tam sürətlə davam edir.