(Təfərrüatlar əlavə olunub, ilk xəbər saat 12:48-də çıxıb)
Azərbaycan, Bakı, 12 noyabr/Trend, müxbir A. Tağıyeva/
Suriya ordusuna məxsus helikopterlərin Türkiyə sərhədindəki Rasulayn şəhərini atəşə tutması nəticəsində Türkiyənin bir neçə vətəndaşı yaralanıb. Bu barədə Trend bazar ertəsi "CNN Türk" telekanalına istinadən məlumat verir.
Daha əvvəl verilən məlumata görə, hökumətin HHQ-nin helikopterləri Azad Suriya Ordusunun nəzarəti altında olan Rasulaynı atəşə tutub, şəhər ərazisində güclü partlayış baş verib.
Aviazərbələr zamanı Suriya ilə sərhəddəki Şanlıurfa vilayətinin Ceylanpınar rayonunun sakinləri başqa rayonlara təxliyə ediliblər.