...

İranda vertolyot qəzaya uğrayıb, on hərbçi ölüb

Hadisə Materials 14 Noyabr 2012 17:14 (UTC +04:00)
Bu gün İranın Xorasan-Rəzəvi əyalətində vertolyotun qəzaya uğrması nəticəsində 10 nəfər dünyasını dəyişib.
İranda vertolyot qəzaya uğrayıb, on hərbçi ölüb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

Bu gün İranın Xorasan-Rəzəvi əyalətində vertolyotun qəzaya uğrması nəticəsində 10 nəfər dünyasını dəyişib. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü əyalətin qubernatoru Məhəmməd Rafai deyib.

"Fars" agentliyinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Xorasan-Rəzəvi əyalətində İranın hərbi vertolyotu qəzaya uğrayıb.

Əyalətdəki aeroportların rəhbəri Səid Çələndərli deyib ki, qəza ilə bağlı məlumatı yoxdur, vertolyot isə İran ordusuna məxsus olub.

Onun sözlərinə görə, vertolyotun düşdüyü yerə yaralılara kömək məqsədilə və ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün xüsusi qrup göndərilib.

Qeyd edək ki, Xorasan-Rəzəvi İranın 8 əyalətindən biridir. Hazırda əyalətdə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic"in könüllü dəstələri "Vilayət-4" adı altında təlimlər keçirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti