Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/
Siyəzəndə bu gün ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşlara məxsus "МОСКВИЧ" markalı minik avtomobili ilə "НИВA" markalı minik avtomobili toqquşub.
Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri ilə təcili yardım tərəfindən Siyəzən rayon Mərkəzi xəstəxanasına aparılıblar.
"МОСКВИЧ" markalı minik avtomobilində olan sərnişinin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyəti üzrə təhvil verilib.
Siyəzəndə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri ilə təcili yardım tərəfindən Siyəzən rayon Mərkəzi xəstəxanasına aparılıblar