...

İrandan Azərbaycana daxili orqanında tiryək keçirən şəxs saxlanılıb

Hadisə Materials 4 Dekabr 2012 16:50 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
İrandan Azərbaycana daxili orqanında tiryək keçirən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

İrandan Azərbaycana daxili orqanında tiryək keçirən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Aslan Məmməd oğlunun üzərində şəxsi yoxlama keçirilib. Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 11 ədəd bükümdə xalis çəkisi 160,129 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti