...

Bakıda avtomobil qaçıran şəxslər tutulublar

Hadisə Materials 5 Dekabr 2012 12:19 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 3-nə keçən gecə Səbail rayonu Salyan yolunda Nahid Mütəllimova məxsus «VAZ-21061» markalı avtomobil qaçırılıb.
Bakıda avtomobil qaçıran şəxslər tutulublar

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Bakıda avtomobil qaçıran şəxslər tutulublar.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 3-nə keçən gecə Səbail rayonu Salyan yolunda Nahid Mütəllimova məxsus "VAZ-21061" markalı avtomobil qaçırılıb.

DİN NHİX TŞ, Xətai RPİ əməkdaşlarının səyi nəticəsində avtomobili qaçıran Bərdə rayon sakini Rüstəm Mustafayev dekabrın 4-də Neapol küçəsində avtomobillə birlikdə saxlanılaraq aidiyyəti üzrə Səbail RPİ 8-ci PB-yə təhvil verilib.

Noyabrın 5-də Gəncə prospektində Bakı şəhər sakini Səxavət Seyidova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Qaçırılmış avtomobil noyabrın 21-də Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində saz vəziyyətdə tapılıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində maşını qaçıran Bakı şəhər sakinləri Tural Qasımov, Murad Rüstəmov və Əliyar Məhərrəmov dekabrın 4-də yaxalanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti