...

Rusiya tərəfindən axtarışda olan şəxs saxlanılıb, evindən 20 kiloqrama yaxın marixuana götürülüb

Hadisə Materials 7 Dekabr 2012 14:09 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı İsgəndər Səfərov tutulub.
Rusiya tərəfindən axtarışda olan şəxs saxlanılıb, evindən 20 kiloqrama yaxın marixuana götürülüb

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Rusiya tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb, onun evindən 20 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı İsgəndər Səfərov tutulub.

Səfərovun Hövsan qəsəbəsində yaşadığı evə baxış zamanı 19 kiloqram 825 qram marixuana və 116,43 qram çətənə bitkisinin toxumu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti