Azərbaycan, Bakı, 8 yanvar / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin Şanlıurfa vilayətindəki Akçaqala rayonunda suriyalı qaçqınların düşərgəsində yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi xəbər yayıb.
Yanğın nəticəsində beşyaşlı uşaq həlak olub, daha beş nəfər yaralanıb.
Agentliyin məlumatına görə, yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri məlum deyil.
Qeyd edək ki, ən çox sayda suriyalı qaçqın Türkiyədə məskunlaşıb.