Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir M.Əliyev/
Astara rayonunun Ovala kənd sakini Əfqan Baxşıyev gümüşü rəngli civəni satarkən tutulub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Ovala kənd sakini Əfqan Baxşıyev 1006,48 qram gümüşü rəngli civəni 3000 dollara satarkən tutulub.