...

Şirvanda kanala düşmüş avtomobilin sürücüsünün cəsədi tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 Yanvar 2013 15:43 (UTC +04:00)

İlk xəbər 13:27-də yayılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Şabran rayonunda maşın kanala aşıb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Ağbaş kəndi ərazisində Siyəzən rayon sakini Neman Babayev "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu Samur-Abşeron kanalına aşırıb.

Nəticədə avtomaşında sərnişin qismində gedən Cavid Əmirova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

FHN-in məlumatına görə, avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Neyman Rasim oğlu Babayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:10-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti