...

Bakıda yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə Materials 22 Yanvar 2013 09:52 (UTC +04:00)
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Bakıda yol qəzası baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Bakıda gecə saatlarında yol qəzası baş verib, xəsarət alanlar var.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb, sürücü və sərnişin xəsarətlərlə xəstəxanaya aparılıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti