...

Bakıda avtomobil qəzası törədən sürücünün həyat yoldaşı öldü

Hadisə Materials 11 Fevral 2013 13:23 (UTC +04:00)
Bakıda avtomobil qəzaya uğrayıb, sürücünün həyat yoldaşı ölüb.
Bakıda avtomobil qəzası törədən sürücünün həyat yoldaşı öldü

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobil qəzaya uğrayıb, sürücünün həyat yoldaşı ölüb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 10-da saat 07:00 radələrində Bakıda Yeni dairəvi yolda Siyəzən rayon sakini Nurəhməd Qasımov idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurub, nəticədə onun avtomobildə olan həyat yoldaşı Nazirə Qasımova aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti