...

Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub

Hadisə Materials 25 Fevral 2013 13:08 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gecə saat 02:00 radələrində Qazax rayonunun 1-ci Şıxlı kəndi ərazisindəki "Uğur-Petrol" yanacaqdoldurma məntəqəsinə maskalı naməlum şəxs tərəfindən hücum olub.
Qazaxda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Silahla yanacaqdoldurma məntəqəsinə hücum edən maskalı quldur yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gecə saat 02:00 radələrində Qazax rayonunun 1-ci Şıxlı kəndi ərazisindəki "Uğur-Petrol" yanacaqdoldurma məntəqəsinə maskalı naməlum şəxs tərəfindən hücum olub.

Naməlum şəxs orada operator işləyən Akif Hüseynovu ov tüfəngi ilə hədələyərək yerə uzanmasını tələb edib. Hüseynov maskanı onun başından çıxartdığından quldur hadisə yerindən qaçıb.

Qazax rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sərxoş halda törətmiş 1-ci Şıxlı kəndi sakini Oruc Mahmudov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti