...

Azərbaycanda maliyyə pozuntusuna görə bir neçə hərbçi həbs edilib

Hadisə Materials 2 Mart 2013 13:19 (UTC +04:00)
Azərbaycanda maliyyə pozuntusuna görə bir neçə hərbçi həbs edilib.
Azərbaycanda maliyyə pozuntusuna görə bir neçə hərbçi həbs edilib

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda maliyyə pozuntusuna görə bir neçə hərbçi həbs edilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev bildirib.

Rəis müavini qeyd edib ki, Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq Bərdə Hərbi birləşməsinin hərbi hissələrinin maliyyə xidmətlərində birgə yoxlamalar aparıb.

Yoxlamalar zamanı bəzi hərbi hissələrin maliyyə xidmətlərində ciddi pozuntular aşkar edilib: "Fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanıb və bəzi hərbi hissələrin maliyyə xidmətləri rəisləri barəsində həbs qətimkan tədbiri seçilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti