...

Azərbaycanda dəm qazı daha bir can aldı

Hadisə Materials 7 Mart 2013 12:58 (UTC +04:00)
Ötən gün Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənib,bir nəfər dünyasını dəyişib.
Azərbaycanda dəm qazı daha bir can aldı

Azərbaycan, Bakı, 7 mart /Trend/

Ötən gün Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənib, bir nəfər dünyasını dəyişib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ötən gün Sumqayıt şəhər sakini Elsevər İbrahimov, Gəncə şəhər sakini Şamil Musayev, Füzuli rayon sakini Gültac Həsənova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Dəm qazından zəhərlənmiş Samux rayonunun Nəbiağalı qəsəbə sakini Fatma Verdiyeva isə xəstəxanada vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti