...

Berezovskinin ölümü ilə bağlı iş üzrə ekspertizanın nəticələri mayda məlum olacaq

Hadisə Materials 8 Aprel 2013 19:08 (UTC +04:00)
Boris Berezovskinin ölümünün araşdırılması çərçivəsində məhkəmə-tibbi analizlərin aparılması ən azı 8 həftə davam edəcək.
Berezovskinin ölümü ilə bağlı iş üzrə ekspertizanın nəticələri mayda məlum olacaq

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Boris Berezovskinin ölümünün araşdırılması çərçivəsində məhkəmə-tibbi analizlərin aparılması ən azı 8 həftə davam edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BBC xəbər yayıb.

"Biz hələ də toksikoloji və histoloji analizlərin nəticələrini gözləyirik. Hesablamalarımıza əsasən, bu analizlərin aparılmasına ümumilikdə 8 həftə tələb olunacaq", - Temz-veli polis dairəsinin əməkdaşı Kreyq Evri deyib.

Beləliklə, ekspertizanın nəticələri mayın ikinci ongünlüyündə məlum ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti