...

Türkiyədə suriyalı qaçqınlarının düşərgəsində yanğın baş verib, zərərçəkənlər var

Hadisə Materials 24 Aprel 2013 11:43 (UTC +04:00)
Türkiyənin Şanlıurfa vilayətində yerləşən suriyalı qaçqınların düşərgəsində yanğın baş verib.
Türkiyədə suriyalı qaçqınlarının düşərgəsində yanğın baş verib, zərərçəkənlər var

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Şanlıurfa vilayətində yerləşən suriyalı qaçqınların düşərgəsində yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər yayıb.

Məlumata görə, çadırların birində baş verən yanğın sonradan yaxınlığda yerləşən digər 5 çadıra keçib. Yanğın nəticəsində 6 uşaq ağır dərəcəli yanıq xəsarətləri alıb. Zərərçəkən uşaqlar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.

Bildirilir ki, zərərçəkənlərin vəziyyəti çox ağırdır, onların həyatı üçün təhlükə var. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti