Azərbaycan, Bakı, 28 aprel /Trend/
Bakıda yaşayış evində yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4 kvadratmetr olan dəmir köşkün icərisində geyim paltarları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.