...

İranda baş vermiş zəlzələdə 70 kəndə ziyan dəyib, 15 nəfər yaralanıb

Hadisə Materials 11 May 2013 09:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Cəfərov/

İranın cənubunda Bəndər-Abbas şəhərindən 160 kilometr şimal-şərqdə Hörmüzqan əyalətinin Başaqard şəhərində baş verən zəlzələ nəticəsində 70 kəndə ziyan dəyib, 15 nəfər isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə İRİNN xəbər kanalı məlumat verib.

Ötən gecə İranın cənubunda Hörmuzqan əyalətinin Başaqard şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Bundan sonra həmin bölgədə 8 dəfə 4,5 - 4,9 bal gücündə zəlzələlər qeydə alınıb.

İranın Hörmüzgan əyalətinin rəhbəri İbrahim Əzizi bildirib ki, zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmayıb və yaralılardan birinin vəziyyəti ağırdır.

Onun sözlərinə görə, hazırda xilasetmə işləri davam etdirilir və qısa zaman ərzində dəymiş ziyanın aradan qaldırılması üçün işlər başlayacaq.

Qeyd edək ki, cümə günü gecə saatlarında İranın Şimali Xorasan əyalətinin inzibati mərkəzi olan Bojnurd şəhərində Rixter cədvəli üzrə 3.1 və 4.2 bal gücündə iki zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti